Türkiyənin Orta Asiya siyasətinə start verildi – Akop Badalyanbackend

Türkiyənin Orta Asiya siyasətinə start verildi - Akop Badalyan

“Bu gün Ermənistanı itirmək təhlükəsi ilə üz-üzəyik. Çünki Türkiyə Azərbaycanla birbaşa, nəzarətsiz əlaqələr yaratmaq fikrindən əl çəkməyib və güc üsullarından istifadə oluna bilər. Biz ciddi təhlükələr qarşısındayıq. Hamımız bu problemin həllinə köklənməliyik”.

KONKRET.az xəbər verir ki, bunu erməni siyasi ekspert Akop Badalyan deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəhlizlərlə bağlı son açıqlamasına münasibət bildirən Badalyan qeyd edib ki, o, təkcə Ermənistan ərazisindən keçən dəhlizlərdən danışmır:

“Söhbət bütün Cənubi Qafqazdan gedir. Bu sual Ermənistan və Azərbaycanın, hətta Türkiyə və Rusiyanın müstəsna maraqlarından kənara çıxır. Söhbət iqtisadi resurslara nəzarətlə bağlı qarşıdurmadan gedir. Burada böyük güc mərkəzlərinin – Türkiyə, Rusiya, İrandan başqa, Hindistan və Çinin də maraqları var. Ərdoğanın bəyanatları Türkiyə üçün ən effektiv ticarət imkanlarını təmin etmək məqsədi daşıyır. Ankaranın məqsədi Azərbaycanla üçüncü dövlətlərin nəzarətində olmayan birbaşa əlaqəni təmin etməkdir, məhz bu əlaqə əsasında Türkiyənin Orta Asiya kampaniyasına start veriləcək. Bu, mühüm vəzifədir, çünki orada Türkiyə daha geniş strategiya çərçivəsində Çin və Rusiyaya qarşı mübarizə faktoruna çevrilməlidir. Ona görə də Türkiyə yolun üçüncü ölkənin nəzarətində olduğu şəraitdə bu məqsədə nail olmağa imkan verə bilməz. Bununla da Türkiyə Azərbaycanla birbaşa əlaqəni təmin etmək məqsədini davam etdirəcək”.

Vəli Həsənov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*