Türklər heç kimə etibar etmir – SORĞUbackend

Türklər heç kimə etibar etmir - SORĞU

Noyabrın əvvəlində Türkiyənin 26 əyalətində aparılan sorğuya görə, vətəndaşların 58,2%-i ölkənin əsas probleminin iqtisadiyyat və qiymətlərin artması olduğunu düşünür.

KONKRET.az xəbər verir ki, respondentlərin əksəriyyəti ölkənin iqtisadi vəziyyətinin növbəti altı ayda daha da pisləşəcəyini düşünür.

Yalnız 23%-i yaxşılaşma gözləyir.

“Mövcud problemlərin öhdəsindən hansı partiya gələ bilər?” sualına respondentlərin 23,2%-i hakim Ədalət və İnkişaf Partiyasının (AKP), 19,6%-i isə müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) adını çəkib. Lakin bu suala ən populyar cavab “Heç bir partiyaya” (36%) olub.

Respondentlərin 42%-i ən vacib addım kimi ərzaq bazarı qanununun islahatını göstərib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*