Türkmənistan Prezidenti Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edibbackend

Türkmənistan Prezidenti Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

KONKRET.az xəbər verir ki, Türkmənistan prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*