TÜRKPA Baş katibi qondarma “soyqırım” məsələsi ilə bağlı narahatlığını ifadə etdibackend

TÜRKPA Baş katibi qondarma “soyqırım” məsələsi ilə bağlı narahatlığını ifadə etdi

TÜRKPA Baş katibi 1915-ci il hadisələrinin yanlış tanınmasından narahatlığını ifadə edib

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov ABŞ Prezidentinin 1915-ci ildə Birinci Dünya Müharibəsi dövründə baş verən dramatik hadisələrlə bağlı açıqlamasından narahatlığını bildirib.

KONKRET.az Altınbek Mamayusupovun fikirlərini təqdim edur:

“Tarixi hadisələri siyasi dividentlər diktə edə bilməz, çünki bu cür bəyanatlar dünyadakı onsuz da kövrək olan qarşılıqlı anlaşma və inamı sarsıdır”.

Baş katib xüsusilə peşəkar tarixçilərin 20-ci əsrin tarixi aspektlərini öyrənməsinin vacibliyini vurğulayıb.

Cənab Mamayusupov, beynəlxalq ictimaiyyəti, xüsusən də elmi ictimaiyyəti, Türkiyənin həmin dönəmdə baş verən tarixi hadisələrlə əlaqəli arxivlərin araşdırılması üçün tarixçilər arasından ortaq bir komissiya yaradılması təklifini dəstəkləməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*