Üç yaşadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaqbackend

Üç yaşadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq

Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq.

KONKRET.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə öhdəlik götürüblər. Eyni zamanda “Sosial sığorta haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

  • Aylin
    Aprel 28, 2020 - 10:09

    3 yasinadek usaqlara muvavinetmi verirlirki? Menimde men usagim 4 ayliqdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*