Uçuş zamanı təyyarənin qapısını açmağa çalışdı – VİDEObackend

Uçuş zamanı təyyarənin qapısını açmağa çalışdı - VİDEO

Murmanskdan Maqadana uçan təyyarədə sərnişinlərdən biri laynerin qapısını açmağa çalışıb.

KONKRET.az xəbər verir ki, Şeremetyevodan havaya qalxan təyyarə “Rossiya” aviaşirkətinə məxsus olub.

Belə ki, uçuş zamanı sərnişinlərdən biri oturduğu yerdən qalxaraq təyyarənin qapısını açmağa çalışıb. Hadisə şahidlərinin sözlərinə görə, sərnişində sərxoşluq əlaməti olmayıb.

Enişdən sonra kişi polisə təhvil verilib.

Yayımlanan görüntülərdə həmin şəxsin digər sərnişinlər tərəfindən necə saxlanıldığı görünür.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*