“Ukrayna bir neçə yerə bölünəcək, NATO ləğv olunacaq” – SENSASİYAbackend

“Ukrayna bir neçə yerə bölünəcək, NATO ləğv olunacaq” - SENSASİYA

“Növbəti 5 il üzrə proqnozlarım: Ukrayna ya bir neçə dövlət arasında tam bölüşdürüləcək, ya da dənizdən təcrid olunmuş kiçik bir ərazidə mövcud olacaq. NATO ləğv olacaq, əvəzində Avropanın bir neçə dövlətindən ibarət 2-3 hərbi ittifaq yarana bilər”.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bunu politoloq Asif Şəfqətov bildirib.

Asif Şəfqətovun proqnozuna əsasən, Avropa İttifaqı parçalanacaq:

“Avropada sərhəd müharibələri başlayacaq. Britaniyadan Şotlandiya və Ş.İrlandiya ayrılacaq. ABŞ Kanada və Qrenlandiyanı ilhaq edəcək. Çin Tayvanı dinc yolla özünə birləşdirəcək.İsrail ya ləğv olacaq, ya da əhalisinin yarısını itirəcək”.

O bildirib ki, proqnozlar indi fantastik görünsə də, baş vermə ehtimalı yüksəkdir: “Bu proqnozlar indi fantastik görünür, lakin ilk 3 hadisə baş verərsə, digərləri “domino” effektinin nəticəsi olacaq. İlk 3 hadisənin baş vermə ehtimalı isə çox yüksəkdir. NATO hətta daha tez ləğv ola bilər”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*