Ukrayna millisi Millətlər Liqası matçında Ermənistanı darmadağın edib.
KONKRET.az xəbər verir ki, sentyabrın 24-də UEFA Millətlər Liqasında Ukrayna millisi səfərdə Ermənistanla qarşılaşıb.
“Sarı-göylər”in baş məşqçisi Aleksandr Petrakov iradəli qərar qəbul edərək 11 yeni futbolçunu start heyətinə buraxıb.
22-ci dəqiqədə artıq Ukrayna hesabı açıb.
Daha sonra ard-arda qollar gəlib.
Hakim matça 84-cü dəqiqədə son qoyub. Tabloda isə bu rəqəmlər qalıb: 0:5!
Ermənistan – Ukrayna – 0:5.
Xuraman Etibarlı,
KONKRET.az
