Avropa İttifaqı Rusiyanın aktivlərindən 1,4 milyard avro gəlirin Kiyevə transferini təsdiqləyib.
KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrell açıqlayıb.
O bildirib ki, Ukrayna tezliklə vəsaiti alacaq.
Borrell, həmçinin əlavə edib ki, Macarıstan Avropa Sülh Fondundan Kiyevə altı milyard avronun ayrılmasının qarşısını almağa hər cür cəhd edir.
