Ukraynanın Baş Kəşfiyyat İdarəsi Rusiyanın hərbi müxbiri, “Krab” ləqəbli Aleksandr Korobovun qətlə yetirildiyini açıqlayıb. Bildirilib ki, dünən onun kəllə sümüyü “Belqorodda sındırılıb” və nəticədə o, ölüb. Qanlı cəsədin yerdə uzandığını əks etdirən video yayımlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Baş Kəşfiyyat İdarəsi bu qətllə əlaqəsi olduğunu açıqlayıb. Kəşfiyyat iddia edir ki, Korobov Ukraynaya qarşı ağır hərbi cinayətlərin törədilməsində şəxsən iştirak edib.
Xatırladaq ki, Korobov “Rossiya 1” və “Zvezda” telekanallarında işləyib, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərindən süjetlər hazırlayıb.
İlkanə Şəvəqqət,
KONKRET.az