Ukrayna xarici işlər naziri Pavel Klimnkin prezident Vladimir Zelenskinin baş rolda çəkildiyi “Xalqın xidmətçisi” serialını artıq bir çox diplomat və siyasətçinin seyr etdiyini bildirib.
Konkret.az “Ukrinform” agentliyinə istinadla xəbər verir ki, nazir artıq bir çox xarici siyasət idarə başçılaırnın filmlə maraqlandığını söyləyib.
“Zelenskinin reytinqi qalxdığı zaman hətta Angela Merkelin komandası həmin serialdan bir neçə epizodu kəsib özləri üçün götürüblər”,-deyə Klimkin bildirib.
Hazırkı prezidentlə arasının soyuq olduğu bilinən Pavel Klimkinin bunu hansı məqsədlə dediyi aydın olmasa da, hər halda onun vəzifədə sayılı günləri qalıb.
Ölkə mediası yeni nazirlər kabinetinin başçısı üçün 6 namizədin adını çəkir.
Bunlar prezident administrasiyası rəhbərini iqtisadi məsələlər üzrə müavini Aleksey Qonçaruk, Ukraynanın Beynəlxalq Valyuta Fondundakı nümayəndəsi Vladislav Raşkovan, Təhlükəsizlik şurasının katibi Aleksandr Danilyuk, “Ukroboronprom”un nəzarət şurasıın sədri Ayvaras Abromaviçus, həmçinin “Naftoqaz”ın rəhbəri Andrey Kobelev və həmin şirkətin icraçı direktoru Yuri Vitrenkodur.
Gələn xəbərlərdə V. Zelenskinin seçkilərdəki qələbə ilə parlamentdə əldə etdiyi çoxluqdan maksimal şəkildə yararlanmaq niyyətində olduğu bildirilir. Bu prezidentə ona sadiq, peşəkar texnokrat kabinet formalaşdırmağa imkan verəcək.
Konkret.az
