Ukrayna Rusiya televiziyalarının bloklanması üçün vəsait ayırdıbackend

Ukrayna Rusiya televiziyalarının bloklanması üçün vəsait ayırdı

Ukrayna hökuməti Rusiya, Belarus və Dnestryanı ərazilərdən gələn televiziya və radio siqnallarının bloklanması sisteminin yaradılması üçün 152 milyon qrivna büdcə vəsaiti ayırmaq qərarına gəlib. 

KONKRET.az xəbər verir ki, Ukrayna Milli Bankı daha əvvəl Qərbin maliyyə yardımının azalması səbəbindən büdcə kəsirinin artdığını bildirən sənəd yaymışdı.

Ukraynanın “Strana” nəşrinin məlumatına görə, onlar Ukraynanın doqquz vilayətində – Volın, Rovna, Jitomir, Kiyev, Çerniqov, Sumı, Xarkov, Vinnitsa və Odessada 45 yerdə xüsusi blok aparatı quraşdırmaq niyyətindədirlər.

Eyni zamanda, işlərin təcili şəkildə aparılması və 2024-cü il mayın 1-dək başa çatdırılması nəzərdə tutulur.

Burhan, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*