Ukrayna Silahlı Qüvvələri Rusiyaya daxil olacaq – Qirkindən GÖZLƏNİLMƏZ PROQNOZ – VİDEObackend

Ukrayna Silahlı Qüvvələri Rusiyaya daxil olacaq - Qirkindən GÖZLƏNİLMƏZ PROQNOZ - VİDEO

Ukrayna silahlı qüvvələri tezliklə bir sıra ərazilərdə hücuma keçəcək, Rusiya yəqin ki, hər yerdə effektiv şəkildə dəf edə bilməyəcək.

KONKRET.az xəbər verir ki, bunu keçmiş FTX zabiti və “DXR”in lideri İqor Strelkov (Qirkin) deyib.

Onun sözlərinə görə, Xerson və Zaporojye istiqamətlərində, eləcə də Rusiya Federasiyası ilə sərhədə yaxın Xarkov vilayətində əks-hücum əməliyyatı gözlənilir.

O, həmçinin Ukrayna ordusunun Rusiya ərazisini işğal edə biləcəyini də istisna etməyib. Qirkin Rusiya ordusunun canlı qüvvə çatışmazlığından da danışıb.

“Biz əməliyyat fasiləsinin bitməsini və çox güman ki, düşmənin hücumu ilə başa çatana qədər gözləyirik. Mən qəti əminəm ki, təcili olaraq qoşunların artırılması üçün tədbirlər görülməlidir. Faktiki olaraq qismən səfərbərliyə başlasaq, o zaman ciddi məğlubiyyətlə üzləşə bilərik”, – deyə Girkin bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*