backend

"Ukrayna sonda Rusiyaya güzəştə getməli olacaq" - NATO-nun baş katibi 

“Kiyev sonda Moskvaya güzəştə getməli olacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq BBC-yə müsahibəsində deyib.

Lakin o, hazırki durumda Ukraynaya güzəştə getməyi tövsiyə etməyib.

“Son nəticədə, hansı kompromislərə getməyə qərar vermək Ukraynadan asılıdır. Biz onlara danışıqlar masasında faktiki olaraq məqbul nəticə əldə edəcəkləri mövqedə olmaq imkanı verməliyik”, – deyə Stoltenberq bildirib.

O, Kiyevin hərbi dəstəyini həyati vacib adlandırıb və NATO-ya üzv ölkələrin iyul ayına qədər Ukrayna üçün uzunmüddətli maliyyələşdirmə ilə bağlı razılığa gələcəyinə əmin olduğunu bildirib. Stoltenberq deyib ki, hərbi əməliyyatlar yaxın gələcəkdə bitsə belə, alyans ölkələri Ukraynanı dəstəkləməyə davam etməli olacaqlar.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*