Ukrayna Tatarıstan ərazisinə PUA zərbələri endirdibackend

Ukrayna Tatarıstan ərazisinə PUA zərbələri endirdi

Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı Tatarıstanın Yelabuq və Nijnekamsk şəhərlərindəki müəssisələri hədəfə alıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidmətindən bildirilib: “Heç bir ziyan yoxdur, müəssisələrdə texnoloji proses pozulmayıb”.

Məlum olub ki, Yelabuqda xüsusi iqtisadi zonasının ərazisindən partlayış səsləri eşidilib. Yerli politexnik kollecinin yataqxana binalarına ziyan dəyib, sakinlər təxliyə edilib.  Binaların dağıdılması nəticəsində xəsarət alanlara tibbi yardım göstərilib.

Tatarıstanda xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*