Ukrayna, Türkiyə və BMT Qara dənizdə 14 gəminin hərəkəti ilə bağlı razılığa gəldilərbackend

Ukrayna, Türkiyə və BMT Qara dənizdə 14 gəminin hərəkəti ilə bağlı razılığa gəldilər

Ukrayna, Türkiyə və BMT “Qara dəniz Təşəbbüsü” çərçivəsində oktyabrın 31-də Qara dənizdə 14 gəminin hərəkəti ilə bağlı razılığa gəliblər.

KONKRET.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Birgə Koordinasiya Mərkəzi (BKM) açıqlayıb.

Mərkəzin Rusiyaya bu barədə məlumat verdiyi bildirilib.

BKM həmçinin qeyd edib ki, bazar günü taxıl sazişi çərçivəsində 6 gəmi Ukrayna limanlarını tərk edib, lakin onlar hələ də humanitar dəhlizə daxil olmayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*