Ukrayna Vardanyanı “qara siyahı”ya SALDIbackend

Ukrayna Vardanyanı "qara siyahı"ya SALDI

Qarabağ separatçılarının keçmiş “dövlət naziri” Ruben Vardanyan Ukraynanın qara siyahısına daxil edilib.

KONKRET.az xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, o, dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli şəxs kimi siyahıya salınıb.

Qeyd olunur ki, Vardanyan Ukraynaya qarşı təcavüzdə şərikdir. Hələ yanvar ayında Mühafizəkarlar Partiyasından Britaniya parlamentinin üzvü Bob Blekman bu barədə məlumat vermişdi.

“Vardanyanın şirkətlərindən uğurla istifadə edilib, onların Ukrayna və Qarabağda hərbi mövcudluğunun genişləndirilməsi prosesi həyata keçirlir”, – deyə britaniyalı siyasətçi bildirmişdi.

Bundan başqa, Ukrayna mətbuatı qeyd edib ki, Ruben Vardanyan Xəzər regionunda Kremlin ruporudur. Məhz onun Azərbaycanın Qarabağ ərazisində daim münaqişənin qızışdırılması ilə birbaşa əlaqəsi var”, – deyə Ukrayna mediası yazır.

Günel Mikayılova,

KONKRET.az

  • Orkhan Sharif
    İyun 18, 2023 - 11:25

    Siyasət

  • Orkhan Sharif
    İyun 18, 2023 - 11:26

    Ayıblar olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*