Ukrayna və ABŞ rəsmiləri döyüş meydanındakı vəziyyəti müzakirə etdibackend

Ukrayna və ABŞ rəsmiləri döyüş meydanındakı vəziyyəti müzakirə etdi

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak ABŞ Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefonla danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən bildirilib.

Qeyd olunub ki, tərəflər döyüş meydanındakı durumu müzakirə ediblər. A.Yermak həmsöhbətini döyüş meydanındakı vəziyyət, cəbhənin ayrı-ayrı istiqamətlərində müdafiə qüvvələrinin uğurlu irəliləyişi barədə məlumatlandırıb.

O bildirib ki, 10 bəndlik Sülh Formulunun icrası üçün işçi qrupu yaradılıb.

Tərəflər, həmçinin Ukraynaya təhlükəsizlik zəmanətləri barədə danışıblar.

A.Yermak ABŞ-ın Ukraynaya dəstəyinə görə minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*