Ukrayna XİN “üçüncü tərəf”lə bağlı İrana SƏRT CAVAB VERDİ – VİDEObackend

Ukrayna XİN “üçüncü tərəf”lə bağlı İrana SƏRT CAVAB VERDİ - VİDEO

Ukrayna Xarici İşlər Nazirliyi “üçüncü tərəf”lə bağlı İrana sərt cavab verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko “Ukrainska Pravda” nəşrinə açıqlamasında bildirib.

Ukrayna XİN nümayəndəsi İran tərəfinin bəzi üçüncü tərəflərin təsiri ilə bağlı bəyanatına sərt cavablandırıb. Diplomat İranın dronlarının Rusiyaya satışını xatırladıblar.

Onun sözlərinə görə, yeganə “üçüncü tərəf” Rusiya ordusunun xidmətində olan İran pilotsuz təyyarələridir.

“Yeganə “üçüncü tərəf” Ukraynanın artıq birbaşa öz səmasında vurduğu İran pilotsuz təyyarələridir. Ukrayna ilə münasibətlərin pozulmasına görə bütün məsuliyyəti Tehran daşıyır”, – məlumatda deyilir.

Eyni zamanda, Nikolenko deyib ki, İran ukraynalıları öldürmək üçün Rusiya Federasiyasına silah tədarükünü dərhal dayandırmalı, bunu “xarici təsir” fantaziyaları ilə əsaslandırmamalıdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*