Ukraynada bir gecədə 6 nəfər həlak oldubackend

Ukraynada bir gecədə 6 nəfər həlak oldu

“Rus qoşunları qanadlı raketlər və pilotsuz təyyarələrlə Ukraynaya hücum edib. Altı vətəndaş həlak olub”.

KONKRET.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov bildirib.

Onun məlumatına görə, daha 10 mülki şəxs yaralanıb. Terexovun sözlərinə görə, “Şahed” tipli pilotsuz təyyarələr yaşayış məntəqəsini vurub. İlkin məlumata görə, doqquz çoxmərtəbəli bina, üç yataqxana, digər binalar, bir yanacaqdoldurma məntəqəsi və on avtomobilə ziyan dəyib.

Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, yalnız mülki obyektlər zədələnib. O, əlavə edib ki, yaralılardan səkkizi orta-ağır, qalanları isə yüngül xəsarət alıb.

Hücumda 32 pilotsuz uçuş aparatından istifadə edilib, onlardan 28-i vurulub. Ukrayna Hərbi Hava Qüvvələrinin hesabatına görə, hücumda həmçinin altı müxtəlif növ raket iştirak edib: uzaqmənzilli təyyarələrdən atılan iki Kh-101/Kh-555 qanadlı raketi, bir Kalibr qanadlı raketi və üç S-300 zenit raketi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*