Ukraynada döyüşməkdən imtina edən hərbçilər HƏBS OLUNDU – VİDEObackend

Ukraynada döyüşməkdən imtina edən hərbçilər HƏBS OLUNDU - VİDEO

Döyüşməkdən imtina edən iki hərbçi üç il həbs cəzası alıb.

KONKRET.az xəbər verir ki, Rusiyanın Belqorod vilayətində hərbçilər parad düzülüşündə saxlanılıb. Səfərbər edilmiş Yuri Deqtyarev və Aleksey Selivanov komandirin döyüş əməliyyatlarında iştirak etmək əmrini yerinə yetirməkdən imtina etdiklərinə görə üç il müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan əvvəl onlar Ukraynada döyüşməkdən imtinalarını yazılı və şifahi şəkildə bildiriblər.

İndi “əmri yerinə yetirmədiklərinə” görə, ömürlərinin üç ilini azadlıqdan məhrum etmə yerlərində keçirməyə məcbur olacaqlar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*