Ukraynada hərbi vəziyyət rejiminin müddəti uzadılıb.
KONKRET.az” xəbər verir kİ, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.
Fərmanda bildirilir ki, hərbi vəziyyət mayın 25-i səhər saat 05:00-dan 90 gün müddətinə uzadılacaq.
18:07
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ali Radasına “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” prezidentin fərmanının təsdiqi haqqında qanun layihəsi təqdim edib.
KONKRET.az “RBC Ukrayna”ya istinadən xəbər verir ki, sözügedən qanun layihəsi ilə yanaşı Radaya “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” fərman layihəsi də təqdim olunub.
Xatırladaq ki, Ukrayna 2022-ci il fevralın 24-dənRusiyanın bu ölkəyə genişmiqyaslı işğalı başlayandan dərhal sonra hərbi vəziyyət tətbiq edib. Bundan sonra isə Ali Rada hərbi vəziyyəti 30 gün, daha sonra isə yenidən 30 gün müddətinə uzadıb.//Pravda.az
