Ukraynada leylək pilotu həyatından etdibackend

Ukraynada leylək pilotu həyatından etdi

Ukraynanın Xmelnitski vilayətində pilot təlim uçuşu zamanı qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mediası hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, təlim uçuşu zamanı leylək L-39 təyyarəsinə dəyib və pilotlardan birinin görmə qabiliyyətini əngəlləyib. Hadisə nəticəsində pilot katapult etmək qərarına gəlib, lakin aşağı hündürlükdə olduğundan paraşüt tam açılmağa vaxt tapmayıb və yerə dəyən pilot aldığı xəsarətlərdən dünyasını dəyişib.

Kabinədə qalan ikinci pilot təyyarəni endirməyi bacarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*