“Türkiyə müharibənin tez bitməsini istəyir”.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının media ilə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun bildirib. O deyib ki, Rusiyaya qarşı ən sərt bəyanatlar enerji uğrunda müharibə başlayandan bəri Moskvaya yüz milyardlarla avro köçürənlərdən gəlir.
O qeyd edib ki, bu gün Ukraynada müharibənin maksimum uzanmasında maraqlı olan tərəflər var.
Altun Ankaranın hərbi gəmilərin Qara dənizə girməsinə mane olan Montrö Konvensiyasına müraciət etmək qərarını xatırladıb.
“Bu gün Türkiyəni tənqid etməklə öz hərəkətlərini legitimləşdirməyə çalışan ölkələr dünən Ukrayna üçün heç nə etməyiblər ki, bunu bizim haqqımızda demək olmaz”, – Altun vurğulayıb.
Altun Türkiyənin mövqeyini xatırladıb ki, bu ölkə Rusiyaya qarşı məhdudiyyətləri yalnız BMT səviyyəsində qərar veriləcəyi təqdirdə dəstəkləyəcək.
“Bu gün Avropa İttifaqı Rusiyaya qarşı ən sərt bəyanatlar verir, lakin unutmaq olmaz ki, müharibə başlayandan bəri enerji idxalı üçün Moskvaya yüz milyardlarla avro köçürən Aİ olub”, – deyə Altun yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
