Ukraynada QALMAQAL: Azərbaycandan göndərilən yardımlar anbarlarda gizlədilir – FOTObackend

Ukraynada QALMAQAL: Azərbaycandan göndərilən yardımlar anbarlarda gizlədilir - FOTO

Azərbaycandan göndərilən humanitar yardımlar Kiyevdəki anbarlarda çürüyür.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun yaydığı məlumatda deyilir. Məlumatda bildirilir ki, Kiyevdəki anbarlarda Azərbaycan, Polşa və Britaniyadan hərbçilər üçün göndərilmiş humanitar yardım partiyası tapılıb.

Ukrayna Baş Prokurorluğunun prokurorları Ukrayna Milli Polisinin Baş İstintaq İdarəsinin müstəntiqləri ilə birlikdə Kiyevin Solomenski rayonundakı anbarlarda külli miqdarda saxlanılan humanitar yardım aşkar ediblər. Yardımlar uzun müddətdir ki, gizlədilib.

İbtidai istintaq zamanı Kiyevdəki anbarlarda yoxlamalar aparılıb. Nəticədə müxtəlif donor ölkələr, Polşa, Böyük Britaniya, Azərbaycan və s.-dən onlarla ton humanitar yardım aşkar edilib.

Ukrayna Sosial Siyasət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bu humanitar yardımın paylanması və təyinatı üzrə istifadəsi proseduruna başlanılıb. Rəsmi tapılan yük Müdafiə Nazirliyinə, Beynəlxalq Legionun gürcü silahlılarına, Milli Qvardiyaya və digərlərinə göndərilib.

Prokurorluqdan bildirilib ki, cinayətdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*