Rusiyanın Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə raket zərbəsi nəticəsində ən azı 20 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müavini Kirill Timoşenko məlumat verib.
“Bu dəqiqəyə olan məlumata görə, 20 nəfər yaralı var. Onlardan 9 nəfəri ağır yaralanıb. Artıq 2 nəfərin həlak olduğu təsdiqlənib”-deyə o yazıb.
Timoşenko xilasetmə əməliyyatının davam etdiyini bildirib.
19:03
Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə Rusiya ordusu tərəfindən raket hücumu həyata keçirilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski məlumat paylaşıb.
Ukrayna Prezidenti ticarət mərkəzində 1000-dən çox mülki şəxsin olduğunu bildirib.
Посмотреть эту публикацию в Instagram
