Ukraynalı aktrisa müharibədə döyüşən ərindən danışdıbackend

Ukraynalı aktrisa müharibədə döyüşən ərindən danışdı

Dünyanın müxtəlif qaynar nöqtələrində baş verən hadisələri, o cümlədən Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar, dağıdıcı müharibənin görüntülərini izləməyin necə əzablı hiss olduğunu izah etməyə, yəqin ki, ehtiyac yoxdur.

Birinci və İkinci Qarabağ müharibələrinin dəhşətlərini görmüş xalq kimi hazırda Ukraynada yaşananların nə demək olduğunu bizdən yaxşı anlayan tapılmaz…

Bu mənada tanınmış ukraynalı aktrisa Darya Leqeydanın sözləri bizə yaxşı tanışdır. Aktrisa müharibənin hazırda Ukrayna Silahlı Qüvvələri sıralarında xidmət edən əri, aktyor Dmitri Sovanı necə dəyişdiyi barədə fikirlərini bölüşüb.

O, qeyd edib ki, əri tamamilə fərqli bir insana çevrilib. Əvvəllər həyatsevər, təbiətən çox şən olan əri indi Vətəni müdafiə edən hər bir insan kimi daha az gülür. “Bu haqda danışmaq o qədər çətindir ki… Nə vaxtsa mənə elə gəldi ki, o, sanki sönüb”.

Aktrisanın sözlərinə görə, müharibə olmasaydı, əri əvvəllər etdiyi kimi sevdiyi marafonlarda qaçardı, çoxlu səyahət edərdi. “Həqiqətən də bu duyğular üçün darıxır. Hər şey istilik, sevgi, ünsiyyət və sadə “yaşamaq” sözü ilə əlaqəlidir. Amma əvəzində bizim oğlanlar qanları və canları ilə torpağımızı müdafiə etməyə məcbur olurlar”.

O, qeyd edib ki, əri xidmət etdiyi müddətdə heç vaxt məzuniyyətə çıxmayıb.

Odur ki, cəmi 44 gün çəkən İkinci Qarabağ müharibəsinin bütün qəhrəmanlarını – Ali Baş Komandan İlham Əliyevdən tutmuş sıravi əsgərədək nə qədər tərifləsək, yenə də azdır. Dünya nəhənglərinin əksəriyyətinin ermənilərin tərəfində olduğu bir zamanda onların əldə etdikləri qələbənin misli-bərabəri yoxdur. XX əsrin görkəmli şairi Hüseyn Cavidin misilsiz “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” misrası kimi.

Prezident İlham Əliyevin bütün siyasi-hərbi və diplomatik vasitələrdən istifadə edərək Qarabağdakı münaqişəyə, erməni faşizminə, separatizminə birdəfəlik son qoymasını, onu Putinin israr etdiyi kimi gələcək nəsillərə saxlamamasını heç bir zaman və qətiyyən unutmaq olmaz. Bunun adı Vətənə və xalqa misilsiz xidmətdir!

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*