Süni intellekt atom bombasına bənzədildibackend

Süni intellekt atom bombasına bənzədildi

Dünyanın ən zəngin insanlarından biri, amerikalı milyarder Uorren Baffet süni intellektlə bağlı həyəcan təbili çalıb.

KONKRET.az xəbər verir ki, süni intellektin inkişafı fırıldaqçılığın artması təhlükəsini yaradıb.

Məşhur investor deyib: “Fırıldaqçılıq həmişə Amerika həyatının bir hissəsi olub”.

Buffetin sözlərinə görə, süni intellektin yaratdığı şəkillər və videolar o qədər inandırıcı olub ki, onların real olub-olmadığını müəyyən etmək demək olar ki, mümkün deyil.

Buffet süni intellektin meydana gəlməsini atom bombasının yaradılması ilə də müqayisə edib.

“Biz nüvə silahı hazırlayarkən cini şüşədən buraxdıq. Bu cin son vaxtlar dəhşətli işlər görür. Onun gücü məni qorxudur. Süni intellekt də belədir. “Bəlkə də biz bu cini heç vaxt görməməyi üstün tuturuq”, –  deyə o fikrini yekunlaşdırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*