8 yaşlı erməni qızın meyiti tapıldıbackend

8 yaşlı erməni qızın meyiti tapıldı

Ermənistanın Armavir vilayətində faciəli hadisə baş verib.

KONKRET.az xəbər verir ki, saat 09:50 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Armavir Polis İdarəsinə rayonun kəndlərindən birində uşaq meyitinin aşkarlanması barədə əməliyyat məlumatı daxil olub.

Polis mərhumun qız olduğunu və həmin gün saat 05:00 radələrində evlərində dünyasını dəyişdiyini müəyyən edib.

Ekspertizanın ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.

Faktla bağlı Armavir Regional İstintaq İdarəsində qəfil ölüm əlamətləri ilə cinayət işi başlanıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*