“Ukraynalı mülki şəxslərin zorlanması əmrini şəxsən Putin verib” – Ombudsmanbackend

“Ukraynalı mülki şəxslərin zorlanması əmrini şəxsən Putin verib” - Ombudsman

“Rus işğalçılarına Ukraynanın dinc sakinlərini zorlamaq əmrini şəxsən Vladimir Putin verib”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Lyudmila Denisova “Blick” nəşrinə müsahibəsində bildirib.

O vurğulayıb ki, ukraynalılara qarşı zorakı hərəkətlər birbaşa düşmənin mülki əhaliyə qarşı silahıdır və seksual zorakılıq burada əsas rol oynayır, çünki bunu taktiki olaraq Putin müəyyən edib:

“Onlar qadınları yenidən uşaq sahibi olmaq qabiliyyətindən və ya arzusundan məhrum etmək istəyirlər. Bu, açıq-aşkar soyqırımdır. Əsgərlər bütün ölkəni məhv etmək üçün Putinin əmrlərinə arxalanırlar”.

Xatırladaq ki, aprelin 24-də Denisova rus hərbçilər tərəfindən zorlanan ukraynalıların sayını açıqlayıb. Onun sözlərinə görə, azı 400 ukraynalı uşaq və qadın zorlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*