Ukraynalı zabitdən XƏBƏRDARLIQ: Donbassda vəziyyət nəzarətdən çıxıbbackend

Ukraynalı zabitdən XƏBƏRDARLIQ: Donbassda vəziyyət nəzarətdən çıxıb

“Donbassda vəziyyət nəzarətdən çıxıb. Görünür, o bölgədə cəbhəmiz dağılıb”.

KONKRET.az xəbər verir ki, bunu “Azov” briqadasının zabiti Roman Ponomarenko deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi qeyri-mütəşəkkildir, qoşunlar yorulub, zəifləyib, bir çox bölmələr ruhdan düşüb:
“Gələn əlavə qüvvələr kömək etmir, əksinə bölmələrin döyüş işini çətinləşdirir. Ruslar da dərinə nüfuz etmirlər, çünki onların da qoşunları Ukrayna ordusu kimi tükənib.
Ancaq buna baxmayaraq, Rusiya Silahlı Qüvvələri əhəmiyyətli kəmiyyət üstünlüyünü saxlayır və qeyri-məhdud sursat ehtiyatına malikdir. Ona görə də onların hücumu davam edir və ukraynalılar hələ ki, dayandıra bilmirlər”.

Roman Ponomarenko Ukrayna ordusundakı fəlakətli vəziyyətə diqqət çəkib: “Orduda nizam-intizamı yaxşılaşdırmaq üçün daha təsirli tədbirlər görülməlidir və məcburi səfərbərlik onu daha da pisləşdirir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*