Ermənistanda bankların birindən külli miqdarda pul oğurlanıb.
KONKRET.az xəbər verir ki, erməni mediasının yazdığına görə ukraynalı kiber qruplar bankın serverinə daxil olaraq bankomatlardan 128 milyon dramı ələ keçirib.
Hazırda Ermənistan İstintaq Komitəsinin Baş İdarəsi əcnəbilərdən ibarət sabit mütəşəkkil cinayətkar qrupu müəyyənləşdirmək istiqamətində araşdırma aparır.
Keçirilən genişmiqyaslı istintaq-əməliyyat tədbirləri nəticəsində işin mühüm halları, o cümlədən qrupun beş üzvünün şəxsiyyəti, cinayətin mexanizmi, oğurlanmış pulun məbləği müəyyən edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az