Ukraynanın müdafiə naziri əsir düşmək təhlükəsi ilə üz-üzə qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov özü məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının getməli olduğu mühafizə olunan komanda məntəqəsi Qostomeldə idi.
Rusiya müharibəyə başlayan zaman rus paraşütçülərinin böyük desantı orada yerləşmişdi.
“Nəzəri cəhətdən ən azı bir-iki günə ora köçməli idik, mənim xidmətimin yarısı orada olacaqdı. Demək olar ki, hamımız əsir düşəcəydik”, – deyə Reznikov bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
