Ukraynanın növbəti müdafiə naziri Krım tatarı ola bilərbackend

Ukraynanın növbəti müdafiə naziri Krım tatarı ola bilər

Ukrayna Ali Radası gələn həftə müdafiə naziri Aleksey Reznikovu vəzifəsindən azad edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyi məlumat yayıb.

Reznikovun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun keçəcəyi gözlənilir.

R.Umerov 1982-ci ildə Özbəkistan SSR-in Səmərqənd vilayətinin Bulunqur Krım tatarlı mühacir ailəsində anadan olub. Atası Ənvər Umerov texnologiya, anası Meryem Umerova kimya mühəndisidir. Böyük qardaşının adı Aslan Ömər Krımlıdır.

1944-cü il mayın 18-də Umerovlar ailəsi Krımdan Orta Asiyaya deportasiya edilib. Yalnız 50 il sonra, 1980-ci illərin sonunda Krım tatarlarının repatriasiyası zamanı onlar yarımadaya qayıda biliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*