Ulduz futbolçu öldü – FOTObackend

Ulduz futbolçu öldü - FOTO

İtaliya milli komandasının, “Çelsi” və “Yuventus” klublarının sabiq hücumçusu Canluka Vialli bu gün 58 yaşında vəfat edib.

KONKRET.az Sky Sports-a istinadən xəbər verir ki, Vialli mədəaltı vəzi xərçəngindən əziyyət çəkirmiş.

Sabiq hücumçu uzun müddət xərçənglə mübarizə aparsa da, Milad bayramı ərəfəsində vəziyyəti pisləşib.

Xəstəxanaya yerləşdirilən Vialli yanvarın 6-da səhər saatlarında dünyasını dəyişib.

Vialli İtaliya yığmasında 59 oyun keçirib. O, “Çelsi” ilə İngiltərə kubokunu qazanıb, “Yuventus”un heyətində isə Çempionlar Liqasının qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*