Ünvanlı sosial yardımla bağlı – NAZİRLİKDƏN AÇIQLAMAbackend

Ünvanlı sosial yardımla bağlı - NAZİRLİKDƏN AÇIQLAMA

Aztəminatlı ailələrə dövlət dəstəyinin artırılması sahəsində aparılan işlərdən biri kimi, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi də genişləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, aprelin 1-dən ünvanlı sosial yardımı alanların sayı 12 min ailə artaraq 82 minə çatıb.

Ünvanlı yardım alan ailə üzvlərinin sayı  isə bu ay 50 min nəfər artıb və hazırda 340 min nəfərdir. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 222 manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onu da nəzərə çatdırır ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də dəstək göstərilib. Onlara bu yardımın verilməsi müddəti karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.

  • Fərid
    Aprel 26, 2020 - 18:27

    18 gündür qeydiyyatdan keçmişəm amma hələ də sms gəlmir.

  • Leyla
    Aprel 26, 2020 - 18:35

    Salam. Mənim yoldaşıma cavab gəlmir verilmir niyə?

  • Turkan
    Aprel 26, 2020 - 20:42

    Salam mene kimse bilirse yaza bilər necə qeydiyyatdan keçmək olar çox xahiş edirəm

  • Rena
    Aprel 28, 2020 - 00:02

    Mene tek anayam komek edin men sosial alim iki oqlym var kirayede qalirsm

  • Əsədova Qəmər
    May 4, 2020 - 21:18

    Salam.Mən və yoldaşım dost mərkızində işlıyirik,hər birimiz 241 manat maaş allrıq, 2 övladımız var.Övladımın biri 2ci qrup əlildi 200manat müavinat alırıq.Yoldaşımın adına 2 sot torpaq və maşın var.Evimiz isə yoxdur.Bizə ünvanlı sosial yardım düşür?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*