Üsamə bin Ladenin oğlu Həmzənin öldürüldüyü deyilir – harada, nə zaman, bəlli deyilbackend

Üsamə bin Ladenin oğlu Həmzənin öldürüldüyü deyilir - harada, nə zaman, bəlli deyil

Üsamə bin Ladenin oğlu Həmzə bin Ladenin ölümü ilə bağlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu məlumatı NBC televiziyası yayıb. Televiziya ABŞ rəsmilərinin bin Ladenin oğlunun harada və nə zaman öldüyü haqqında məlumat vermədiyini bildirib.

Qeyd edək ki, ABŞ fevralda Həmzə bin Laden haqqında məlumat verən şəxsə 1 milyon dollar mükafat verəcəyini bəyan etmişdi.

Həmzə bin Laden 1989-cu ildə anadan olub. 2018-ci ildə o, 11 sentyabr teraktının icraçılarından birinin qızıyla evlənib. Amerika kəşfiyyatı daha sonra Həmzənin Əl Qaidənin rəhbərliyinə gətiriləcəyi barədə məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*