“Uşaqlara şeir adı ilə bunu əzbərlədirlər” – Nazirə kəskin mesajbackend

“Uşaqlara şeir adı ilə bunu əzbərlədirlər” – Nazirə kəskin mesaj

“Emin Əmrullayevin çaldığı həyəcan təbili geniş rezonansa səbəb oldu: “Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür”. Sual ortaya çıxır. Bəs Azərbaycanda hər üç nəfərdən neçəsi  kimyəvi elementlərin valentliyini, sürətin və təcilin düsturunu, ədədi kəsri və faizi hesablamağı, hüceyrənin quruluşunu bilir?”.

KONKRET.az xəbər verir ki, bu sözləri sabiq millət vəkili Etibar Əliyev özünün Facebook səhifəsində yazıb.

O daha sonra fikirlərini belə davam etdirib.

Şagirdlər Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, İsa Hüseynovun “Tütək səsi”, Yusif Səmədoğlunun “Qətl günü”, Cəfər Cabbarlının “Aydın” pyesi və digər vacib əsərləri oxuyub anlaya bilmirlər?  Nazir “Azərbayan dil” və “Ədəbiyyat” dərliklərində yer alan şeirlər və bədii mətnlərin məzmunu ilə maraqlanıbmı? Məsələn, DİM ekspertləri    Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Ədəbiyyat” dərsliyində məzmunun işlənməsi baxımından – 36 qüsur, Dil və yazı üslubu baxımından – 24 qüsur aşkar etmişdi.

Həmin qüsurlar aradan qaldırıldımı?  Şagird dərslikdən səhvlər tapır.

Klassiklər dərsliklərdən çıxarılır, onların əvəzinə Hüseynbala Mirələmov və başqalarının yazdıqları əlavə olunur.

Uşaq 7-ci sinif “Azərbaycan dili” dərsliyində çap olunmuş bu şeiri necə oxuyub anlasın? Qurama adlarla uşaqlara şeir sırıyırlar, cənab nazir!

DOVŞAN ŞEİRİ

Dovşan çox bərk qaçırdı

Arxasına baxmadan

Necə sürətlə qaçır

Sincab dedi ağacdan

Çox çalışıb görünür

Məşq edib, axşam – səhər

Yoxsa qaça bilərmi

Yorulmadan bu qədər

Bunu eşidib dovşan,

Heç ayaq saxlamadan

Sən də belə qaçarsan,

Məşqçin tülkü olsa

Azərbaycanda 40 ildən çoxdur ki, “Uşaq şeirləri” sahəsini Xahid Xəlil adlı bir nəfər mənasız şeirləri ilə inhisara alıb. Onun yalnız bir şeirini göstərirəm.

Qara toyuq

Səhərdən cəh-cəh vurursan,

Kefin sazdı, qara toyuq.

Səsin necə işıqlıdı

Bəmbəyazdı, qara toyuq.

Kolluqda da oxuyursan,

Dərdin yoxdur, sərin yoxdur.

Qəlbinin içi çöldədi,

Deyən sənin sirrin yoxdu.

Hökmün tutub yeri-göyü,

Hardan aldın bu həvəsi.

Sanki xəzinə tapmısan

Bir toya bəs edər səsin.

Yox, yanıldım, qara toyuq.

Xəzinə batırır səsi.

Dövləti çox olanların,

Yoxa çıxır zümzüməsi.

Neylirsən dünya malını?

Xəzinə sənin səsindi,

Oxu, körpə quşçuğazım,

Oxu, bu dövlət bəsindi.

Belə urvatsız şeirləri uşaqlara əzbərlədirlər. Bu tip şeirlər uşaq təfəkkürünü və xarakterini korlayır. Bu məmləkətdə dərsliklər də dostluq və digər maraqlarla yazdırılır. Bundan böyük cinayət ola bilərmi? Urvatsız dərsliklərin baiskarı olan Emin Əmrullayev isə şagirdləri oxuyub anlamamaqda təqsirləndirir”.

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*