Vağzalda müsahibə verən Baş nazirə tüpürdülər – VİDEObackend

Vağzalda müsahibə verən Baş nazirə tüpürdülər - VİDEO

Naməlum bir kişi Macarıstanın Baş naziri Peter Madyara tüpürüb. 

KONKRET.az xəbər verir ki, hadisə Budapeşt vağzalında baş nazir ayaqüstü müsahibə verərkən yaşanıb.

Hadisəni şərh edən Peter Madyar sadəcə qeyd edib ki, “burada hələ də Fidesz (Viktor Orbanın partiyası) nümayəndələri var”.

Baş nazir sakitliyini qoruyub və rəsmi olaraq polisə müraciət etməkdən imtina edib.

Madyar belə şeylərə “qəzəblənməyə ehtiyac olmadığını” vurğulayıb, “hələ də nifrət bəsləyənlərə” mərhəmət göstərməyə çağırıb və Macarıstan cəmiyyətində aqressiyanı tez bir zamanda aradan qaldıracağına ümid etdiyini bildirib.\\unikal.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*