Vardanyan Qarabağdan QAÇDIbackend

Vardanyan Qarabağdan QAÇDI

Vardanyan Qarabağdan Moskvaya qaçıb.

KONKRET.az xəbər verir ki, Xankəndidəki qanunsuz rejimin iflasa uğramış “dövlət naziri” Ruben Vardanyanın Moskvaya getməsi ilə bağlı erməni mətbuatına etibarlı mənbədən məlumat sızıb.

“Bu məlumat etibarlı mənbədən verilib. Üstəlik, vurğulamaq istərdik ki, Vardanyan nəinki başını “dik tutub” getmədi, sadəcə olaraq Rusiyaya qaçdı.

Əldə etdiyimiz məlumata görə, o, RSK-nın yük maşınlarından birinin arxasında Ermənistana aparılıb və utilizasiya üçün təhvil verilmiş rus hərbçilərin geyimləri ilə oradan çıxarılıb. Sonra onu Moskvaya aparıblar.

Beləliklə, “Vardanyan layihəsi”ni rəsmi olaraq uğursuz hesab etmək olar. İlk növbədə Azərbaycan xalqının və şəxsən Ali Baş Komandanın dəmir iradəsi sayəsində.

Əgər Ruben Vardanyan başqa bəhanə ilə Qarabağa qayıtmaq qərarına gəlsə (bu ehtimal çox azdır), o zaman bu, Bakı tərəfindən ordumuzun müvafiq ildırım sürəti ilə hərəkətləri ilə qiymətləndiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

  • Namiq
    Fevral 7, 2023 - 18:47

    Gedəndə rədd olub getdi, heç olmasa geri qayıdışının qarşısı alınsın

Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*