Astrologiyada hər bürc fərqli xüsusiyyətlər daşıyır, amma bəziləri diqqət və təsdiq olmadan sanki nəfəs ala bilmir. Onlar daim maraq gözləyən, ən xırda uğursuzluğu böyüdən və sakitləşdirmək üçün ciddi səbr tələb edən insanlardır.
KONKRET.az bildirir ki, əgər həyatınızda bu üç bürcdən biri varsa, münasibətdə emosional sınaqlarla qarşılaşa bilərsiniz.
Xərçəng
Xərçəng bürcü həddindən artıq həssaslığı ilə seçilir və bu xüsusiyyət tez-tez nazlı davranışlara çevrilir. Kiçik məsələlər belə onları incidə bilər və onlar qarşı tərəfdən bunu anlayıb düzəltməsini gözləyirlər.
Onların küskünlüyü səssiz olsa da, dərin olur; könlünü almaq üçün diqqət və sevgi açıq şəkildə göstərilməlidir. Əks halda, özlərini dəyərsiz hiss etməyə meyilli olurlar.
Şir
Şir üçün həyat sanki bir səhnədir və o, bu səhnənin əsas ulduzu olmaq istəyir. Onların həssas tərəfi çox vaxt qiymətləndirilməmək qorxusundan qaynaqlanır.
Əgər kifayət qədər diqqət və tərif görməzlərsə, tez incik və tələbkar ola bilərlər. Onlarla münasibətdə olmaq üçün diqqət göstərmək və dəyərləndirmək vacibdir.
Qız bürcü
Qız bürcü mükəmməlliyə meyilli olduğu üçün xırda detallar belə onların diqqətindən qaçmır. Onlar hər şeyin qaydasında və düzgün olmasını istəyirlər.
Standartlarına uyğun olmayan vəziyyətlər onları narahat edə bilər və bunu açıq şəkildə ifadə edirlər. Onları razı salmaq üçün diqqətli və səbirli olmaq lazımdır./milliaz
