Rusiya “gizli dərman” üzərində işləyir – 150 il yaşamaq mümkün olacaq?backend

Rusiya “gizli dərman” üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir.

Məlumata görə, preparat hüceyrələrin qocalmasını sürətləndirən RAGE reseptorunu bloklamağa yönəlib. Bu müdaxilə sayəsində hüceyrələrin daha uzun müddət “gənc” qalması və yaşla bağlı xəstəliklərin gecikdirilməsi hədəflənir.

Rusiyanın Elm və Ali Təhsil nazirinin müavini Denis Sekirinski “Sağlam Uzunömürlülük” konfransında çıxış edərək bildirib ki, uzun illərdir nəzəri olaraq müzakirə edilən bu ideya artıq praktik mərhələyə keçib.

Layihənin büdcəsinin 2 trilyon rubldan (təxminən 26 milyard dollar) çox olduğu qeyd olunur. Bu isə Rusiyanın qocalma əleyhinə texnologiyalara ciddi strateji önəm verdiyini göstərir.

Baş nazirin müavini Tatyana Qolikova isə açıqlamasında bildirib ki, müalicənin kütləvi istehsalına 2028-2030-cu illər arasında başlanması planlaşdırılır./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*