“Ukrayna Prezidenti və Azərbaycan Prezidenti arasında görüşün məhz Qəbələdə keçirilməsi təsadüfi deyil”backend

“Ukrayna Prezidenti və Azərbaycan Prezidenti arasında görüşün məhz Qəbələdə keçirilməsi təsadüfi deyil”

“Ukrayna Prezidenti Volodimir Zelenski və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı görüşün görüşün məhz Qəbələdə keçirilməsi təsadüfi deyil. Zənnimcə, bu qərarın arxasında həm siyasi, həm də praktiki məntiq dayanır. Əvvəla, Qəbələ son illərdə Azərbaycanın beynəlxalq tədbirlər üçün seçilən mühüm məkanlarından birinə çevrilib. Bu cür görüşlərin paytaxtdan kənarda təşkili ölkənin regionlarının da diplomatik proseslərdə rol oynadığını göstərir və Azərbaycanın yalnız Bakı ilə məhdudlaşmadığını nümayiş etdirir. Bu mesaj ölkəmiz üçün vacibdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat bildirib ki, Qəbələnin sakit və nisbətən qeyri-rəsmi mühiti liderlər arasında daha açıq və səmimi müzakirələr aparmaq üçün əlverişli şərait yaradır: “Bakı ilə müqayisədə burada protokol yükü daha az olur ki, bu da xüsusilə həssas mövzuların müzakirəsində əlavə üstünlük hesab edilir. Eyni zamanda, bu seçim müəyyən mənada siyasi mesaj daşıyır. Azərbaycan artıq yalnız beynəlxalq proseslərin iştirakçısı deyil, eyni zamanda müxtəlif tərəfləri bir araya gətirən, dialoq üçün platforma yaradan ölkədir. Qəbələdə keçirilən görüş də bu rolu bir daha ön plana çıxardı və xeyli müzakirələrə yol açıb. Bütün bunları nəzərə alsaq, görüşün Qəbələdə təşkili həm ölkədaxili balanslı inkişaf siyasətinə uyğundur, həm də Azərbaycanın artan diplomatik imkanlarının və təşəbbüskar mövqeyinin göstəricisi kimi qiymətləndirməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*