Xəbər veerdiyimiz sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
KONKRET.az xəbər verir ki, Vardanyanı saxlayan şəxs (fotoda Vardanyanın sağında – red.) Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevdir.
Fotoda sağda (Vardanyandan solda) olan Dövlət Sərhəd Xidmətinin polkovniki Azər Şirinovdur. Azər Şirinov “Laçın” SBM-də sərhədçilərin rəisidir. İyunun 15-də “Laçın” nəzarət-buraxılış məntəqəsinə bayraq sancılanda atəşə tutulan zaman ən irəlidə gedən məhz Azər Şirinov idi.
“Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Vətən Müharibəsi iştirakçısıdır.
A kişi ayıbdır bəsdirin. Yekə adamsız. Şəhidə gələndə kasıbın balası, reklama gələndə Nazirin? Bir şəhidimizin haqqını yemirdilər oda şükür başkıyıblar😔