Əməkdar artist Abbas Bağırov şəhid Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısını repertuarına daxil edib.
KONKRET.az xəbər verir ki, ifaçı mahnını şəhidlə virtual duet şəklində oxuyub.
Müğənni instaqramda mahnıdan bir parça paylaşaraq “Oxu, qardaş, oxu! Allah bütün şəhidlərimizə rəhmət etsin” yazıb.
Qeyd edək ki, “Vətən yaxşıdır”ın musiqisi Əlibaba Məmmədov, sözləri Əliağa Vahidə aiddir.
Xatırladaq ki, ötən həftə Əlibaba Məmmədov “Vətən yaxşıdır” mahnısının “Xudayar təsnifi” adlandırılmasına xeyir-dua verib.
Gözəl virtual duet!Ağlamamaq mümkünsüzdü!Ruhun şad,torpağın yumşaq olsun can Xudayar!Abbas bəyə can sağlığı arzu edirəm!