Veteranlara verilən 80 manat müavinət artırıla bilər – VACİB AÇIQLAMAbackend

Veteranlara verilən 80 manat müavinət artırıla bilər - VACİB AÇIQLAMA

Azərbaycanda müharibə veteranlarına göstərilən sosial dəstək məsələsi hər zaman diqqət mərkəzində olub. Son illərdə maaş və sosial ödənişlərdə aparılan artımlar fonunda veteranlara verilən Prezident təqaüdünün də artırılması ilə bağlı gözləntilər artıb.

Bəs yaxın vaxtlarda müharibə veteranlarına ödənilən aylıq təqaüdün məbləği artırıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, müharibə veteranlarına verilən 80 manat müavinət rəsmi olaraq Azərbaycan Respublikası Prezidentinin təqaüdü adlanır və bu sosial dəstək dövlətin veteranlara göstərdiyi diqqət və qayğının nümunəsidir.

Milli Məclisin deputatı Azər Badamov “Erkən kəsimə son” kampaniyasına qoşulub - Video

“Təqaüdün məbləğinin artırılması məsələsi ölkənin sosial siyasəti, iqtisadi imkanları və dövlət başçısının qərarı əsasında müəyyən edilir. Dövlət hər zaman şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsini diqqətdə saxlayıb. Son illərdə maaşların, pensiyaların və müxtəlif sosial müavinətlərin mərhələli şəkildə artırılması da bunun göstəricisidir.

Veteranlara verilən Prezident təqaüdünün gələcəkdə artırılıb-artırılmaması ilə bağlı yekun qərar məhz ölkə rəhbərliyi tərəfindən verilir.

Veteranlar cəmiyyətin xüsusi hörmət göstərdiyi təbəqədir və dövlətin bu istiqamətdə sosial dəstəyi davamlı xarakter daşıyır”.

Qeyd edək ki, son illərdə sosial paketlər çərçivəsində müxtəlif kateqoriyalara aid müavinət və təqaüdlərin artırılması həyata keçirilib. Bu isə müharibə veteranlarına verilən Prezident təqaüdünün də gələcəkdə artırılması ilə bağlı gözləntiləri artırır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*