“Vəziyyət fəlakətlidir”: Qərb iqtisadiyyatı nə vaxt xarabalığa çevriləcək? – AÇIQLAMAbackend

“Vəziyyət fəlakətlidir”: Qərb iqtisadiyyatı nə vaxt xarabalığa çevriləcək? – AÇIQLAMA

“Beynəlxalq aləmdə yaranan vəziyyət fonunda Qərb ölkələri riskli xarici siyasət qərarları ilə öz maliyyə sistemlərini bərpa etməyə çalışaraq ciddi yanlış hesablamalara yol veriblər”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə rusiyalı iqtisadçı Mixail Xazin deyib: “Bu yanaşma ABŞ və Aİ-ni genişmiqyaslı iqtisadi böhrana sürükləyib”.

Xazin Qərb iqtisadiyyatının nə vaxt xarabalığa çevriləcəyini də açıqlayıb: “Bu cür tədbirlər beynəlxalq maliyyə bazarında təhlükəli presedentlərə səbəb olub. Qərb iqtisadiyyatı ciddi təzyiq altındadır. Bu da onun tədricən məhvinə gətirib çıxarır. Son bir neçə ayda başlayan bu proses daha da ciddi xarakter alır. Bu, fəlakətli vəziyyətdir. Ötən ilin dördüncü rübündən başlayan böhran artıq on aya yaxındır ki, davam edir. Ona görə də müasir Qərb iqtisadiyyatının gələcəyi kədərlidir” – iqtisadçı vurğulayıb.

O əlavə edib ki, ABŞ və Aİ qarşıdakı illərdə Qərb iqtisadiyyatını xarabalığa çevirəcək təhlükələri yaşamaq məcburiyyətində qalacaq: “Səkkiz-on ildən sonra, bu böhran mütləq başa çatdıqda, xarabalıqları xatırladan tamamilə fərqli bir mənzərə görəcəyik. Brüssel və Vaşinqton əslində öz hərəkətlərinin nəticələrini düşünmədən yanan ocağa benzin tökür” – deyə Xazin fikirlərini yekunlaşdırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*