“Western Union”, “Kontakt” və “Blizko” Tacikistana pul köçürmələrini dayandırdıbackend

"Western Union", "Kontakt" və "Blizko" Tacikistana pul köçürmələrini dayandırdı

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Western Union və “Blizko” sistemləri Tacikistana pul köçürmələrini dayandırıb. Pul köçürməyin nə vaxt mümkün olacağı isə hələ məlum deyil. Əməliyyatlar isə “Unistream”, “MoneyGram” və “Zolotoya Korona” tərəfindən davam etdiriləcək, lakin hamısı vəsaitin alınmasına zəmanət vermir.

Bundan əvvəl Tacikistanda pul köçürmələri üçün prosessinq mərkəzinin işə salınmasının Rusiyadan pul köçürmələrinin dayandırılmasına səbəb olmayacağı bildirilmişdi.

Qeyd edək ki, dekabrın 3-dən etibarən ölkədə bütün hesablaşmalar Tacikistan Milli Bankı vasitəsilə köçürmələrin emalını əhatə edən yeni bir sistemə keçib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*