Xaçınçay su anbarına 200 min ədəd balıq körpəsi buraxıldı – FOTObackend

Xaçınçay su anbarına 200 min ədəd balıq körpəsi buraxıldı - FOTO

Xaçınçay su anbarına 200 min ədəd çəkikimi balıq körpəsi buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov şəxsi “Twitter” hesabında məlumat verib.

Xüsusi nümayəndə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonunda keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*