Xaçmazda avtomobil ana və qızını vurdubackend

Xaçmazda avtomobil ana və qızını vurdu

Xaçmazda ana və qızının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Nabran kəndindəki istirahət mərkəzlərinin birinin qarşısında qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobili Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Səbinə İqor qızı Barinovanı və onun qızı, 2011-ci il təvəlludlü Sabrina Dmitri qızı Barinovanı vurub.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*